ABŞ-dan Azərbaycan nefti ilə bağlı – PROQNOZ


Cari ildə Azərbaycanda neft və kondensatın gündəlik hasilatı 0,79 milyon barel təşkil edəcək. Hansı ki, 2017-ci ildə gündəlik neft və qaz hasilatı 0,8 milyon barelə bərabər olub.

Hakimiyyet.Az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiyası (EIA) İdarəsinin proqnozunda deyilir.

Bildirilir ki, 2019-cu ildə isə bu göstərici 0,77 milyon barelə bərabər olacaq. 2018-ci ilin birinci rübündə orta sutkalıq neft hasilatı 0,81 milyon barel, ikinci rübündə 0,8 milyon barel, üçüncü rübündə 0,78 milyon barel, dördüncü rübündə 0,77 milyon barel təşkil edəcək.

2019-cu il üçün gündəlik neft hasilatı birinci və ikinci rüblərdə 0,78 milyon barel, üçüncü rübdə 0,77 milyon barel, dördüncü rübdə 0,76 milyon barel həcmində proqnozlaşdırılır.

Digər marağlı xəbərlər Hakimiyyet.Az-ın Facebook səhifəsində

Facebook şərh