ADMİU-da “Ana dilinin saflığının qorunması”na həsr olunan elmi-praktiki konfrans keçirilib.


HAKIMIYYET.AZ xəbər verir ki, “Azadlıq Hərəkatçıları” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının, Azərbaycan Respublikası Təhsil Nazirliyi və AMEA-nın Dilçilik İnstitutunun təşkilatı dəstəyi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan dilinin saflığının qorunmasına həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

Konfansda layihə rəhbəri, “Azadlıq Hərəkatçıları” İctimai Birliyinin sədri Təhmasib Novruzov vətəndaşların, xüsusilə gənclərin ana dilinin saflığının qorunmasında üzərinə düşən vəzifələrin vacibliyini bildirib. Konfrans iştirakçıları üçün İctimai Birliyin SƏS TV onlayn televiziyası ilə birgə istehsal etdiyi “Dilimiz reklamlarda” sənədli filmi nümayiş olunub. Filmdə Ana dilinin istifadəsində yol verilən qüsurlardan, dilimizə xələl gətirən amillərdən bəhs edilib.

Daha sonra Universitetin Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Gülşən Əliyeva, professor Buludxan Xəlilov, AMEA-nın Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Sevinc Əliyeva, tanınmış tele aparıcılar, Ofelya Sənani, Eldost Bayram, Azərbaycan Yazıçılar Birliyinin nümayəndəsi Vaqif Əlixanov çıxış edərək problemin aktuallığı, ana dilinin saflığının qorunmasında cəmiyyətin və gələcək nəsillərin rolu, mövcud qüsurların aradan qaldırılması həlli barədə fikirlərini bölüşüb, tələbələrlə mövzu ətrafında qarşılıqlı müzakirə aparıb, onların suallarını cavablandırıblar.

HAKİMİYYET.AZ

 

 

Facebook şərh