Anasının qucağında körpəni elektrik cəryanı vurdu


Neftçalada 1 yaşlı körpəni elektrik cərəyanı vurub.

Hakimiyyet.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Qədimikənd kəndində qeydə alınıb.

Belə ki, ailə üzvləri ilə birlikdə Kürdəmir rayonundan kəndə qonaq gələn 1 yaşlı Damla Roman qızı Qurbanlı anasının qucağında ikən qəfildən elektrik məftilinə əl atıb. Nəticədə elektrik cərəyanı körpəni vuraraq oldürüb.

Faktla bağlı araşdırma aparılır. 

L.Ə.

 

Digər marağlı xəbərlər Hakimiyyet.Az-ın Facebook səhifəsində

Facebook şərh