Azərbaycan gömrüyünün monopoliya əfsanəsi – Vüsal Novruzov


Azərbaycan iqtisadiyyatında məmur hegemonluğu, biznes sahələrinin oliqarxların monopoliyasında saxlanması haqda mediada dəfələrlə yazılıb. Bu monopoliyanın keşikçiki rolunda isə gömrük və vergi sistemi çıxış edir. Bu sırada sözügedən dövlət qurumlarının təmsilçilərinin qanunsuz fəaliiyəəti xüsusilə diqqət çəkir. Redaksiyamıza Bakı Gömrük İdarəsinin rəisi Vüsal Novruzovla bağlı yeni məlumatlar daxil olub. Qeyd edək ki, biz, daha əvvələr də V.Novruzovun fəaliyyəti ilə bağlı dəfələrlə yazmışıq. Bu yazı da həmin mövzuların davamı kimi qəbul edilə bilər.
«Aqroazerinvest» şirkəti üzərində qurulan maxinasiya
Araşdırmalara görə, uzun müddətdir gömrük sistemində milyonların içində oynayan Vüsal Novruzovun nəzarətindəki monopoliyaların da sayı çox imiş. Hələ bir müddət əvvəl xəbər vermişdik ki, Vüsal Novruzovun nəzarətində mərmər biznesi, ölkəyə gətirilən malların gömrük qeydiyyatından qeyri-leqal keçirilməsi üçün nəzərdə tutulmuş «Aqroazerinvest» şirkəti, habelə daha bir neçə iri biznes sahələri var. Hal hazırda ölkəyə gətirilən mal və məhsulların böyük bir qismi ayrı-ayrı şirkətlərin hesabına sənədləşdirilir. Bunun həyata keçirilməsi isə onunla bağlıdır ki, həm külli miqdarda dövlət rüsumundan yayındırılır, həm də böyük məbləğdə rüşvət almaq üçün imkan yaradırılır. Belə ki, əgər sahibkar Rusiya və ya Ukraynadan günəbaxan toxumu və ya başqa bir məhsul gətirirsə, onun ölkəyə keçirilməsi əngələ çevrilir. Bu zaman Bakı Baş Gömrük İdarəsində həmin sahibkara təklif olunur ki, dövlət rüsumu 2500 dollar olan bu məhsul üçün 25 min dollar ödəməlidir. Həmin məbləği ödəməyə gücü çatmayan sahibkar da əlavə çıxış yolları axtarır. Və bu zaman birbaşa Bakı Gömrüyünün rəisi Vüsal Novruzovun şirkətinə çıxarılır. Hazırda bu işləri Bakı Gömrüyündə həyata keçirən əsas şirkət «Aqroazerinvest»dir. Odlar Yurdu Universitinin yaxınlığında, Boks Federasiyasının binasında qərarlaşmış bu şirkətin işi maklerlikdir. Belə ki, xaricdən mal gətirənlər Vüsal Novruzovun bu şirkətinə üz tutur və gömrükdə 25 minə görülən işləri burada 20-22 min dollara həll edirlər. Araşdırmalar zamanı o da məlum olub ki, bu şirkətin yaradılması əlavə pullar qazanmaq üçün nəzərdə tutulub. Məqsədli şəkildə Vüsal Novruzov tərəfindən yaradılmış bu şirkətin əsas missiyalarından biri də pulu yığaraq onu vaxtında Bakı Gömrüyünün rəisinə çatdırmaqdır.
Dekorativ ağaclar, mebel, sement, mərmər və daha nələr…
Məlumata görə, Vüsal Novruzovun nəzarətində daha bir monpoliya da varmış. Və hər nə qədər qəribə olsa da, bu dekorativ ağac biznesini əhatə edir. Baş verənlərlə bağlı redaksiyamızı məlumatlandıran mənbə bildirir ki, son illərin ən populyar bizneslərindən biri olan dekorativ ağac alveri tikilən parkları və ayrı-ayrı fərdlərin həyətlərini əhatə edir. Belə ki, bu ağacları ya dövlət büdcəsindən ayrılan pullarla, ya da fərdi şəxslərin ödədiyi məbləğlərlə əldə etmək mümkündür. Təkcə Palma ağacının şitilinin 400 dollar olduğunu nəzərə alsaq, bir parkda yüz minlərlə manat pulun necə silindiyinə şahidlik edə bilərik. Təbii ki, büdcədən pulları əldə etmək üçün optimal yol kimi düşünülmüş bu biznes növü Vüsal Novruzovun işinə çox yarayır. İddialara görə, hər il bu biznes növündən Bakı Gömrüyünün rəisi milyonlarla manat gəlir əldə edir. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, V.Novruzov ölkədəki sement satışını da monopoliyasına alıb. Özü də o, bu işdə tək deyil. Onun bu işdəki əsas şəriki fövqəladə hallar naziri Kəmaləddin Heydərovun müavini Orucəli Hacıyevdir. O.Hacıyev V.Novruzovla birgə qurduğu “Babək-97” şirkəti vasitəsilə ölkədə sement satışını demək olar ki, tam mənada inhisara almağa başladı. Məsələ ilə bağlı apardığımız araşdırma zamanı məlum olub ki, respublikaya hər ay 50 min ton sement idxal edən “Babək-97” firması FHN-nin əsas podratçı şirkətidir. Ölkənin fövqəladə hal baş verən bütün bölgələrində tikintilərə sement verilməsini məhz bu firma təşkil edir. Firmanın anbarları və ofisi Keşlə yük stansiyasının içərisində yerləşir. Ofisdə oturanlar isə O.Hacıyev və V.Novruzovun yaxın qohumlarıdır. Qeyd edək ki, respublikaya ayda 50 min ton sement idxal edən “Babək-97” firmasının əlavə müştəriyə ehtiyacı yoxdu. Firmanın ölkəyə gətirdiyi bütün sementlər dövlətin maliyyələşdirdiyi tikintilərdə – ölkənin müxtəlif bölgələrində baş vermiş fövqəladə hallar zamanı həyata keçirilən inşaatlarda istifadə olunur. Bakı Gömrük İdarəsində vətəndaşları formada yox, Polad Ələmdarın kostyumunda qəbul edən V.Novruzov isə ölkəyə bir kisə belə, sement gətirmək istəyən biznesmenlərə bunun mümkünsüzlüyünü deyir. O, hətta bildirir ki, ölkəyə sementi O.Hacıyevlə şərikli olaraq, yalnız onlar gətirə bilər. Başqa şəxslərin sement idxalı qadağandır. Burada belə bir sual da yaranır ki…
Niyə başqa sahibkar ölkəyə sement gətirə bilmir?
Çünki ölkəyə gətirilən sementin markasını və keyfiyyət rəyini də elə FHN-nin tabeçiliyində olan S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutunun direktoru Rüstam Bağırov verir. V.Novruzov-O.Hacıyev cütlüyünün razılığı olmadan ölkəyə sement idxal edən tapılarsa həmin sementin nümunələrini S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-Konstruktor İnşaat Materialları İnstitutuna göndərilir. İnstitutun direktoru Rüstəm Bağırov isə rəhbərlərinin – O.Hacıyev və V.Novruzovun tapşırığı ilə tərtib etdiyi rəydə yazır ki, ölkəyə gətirilən əslində sement yox, eləcə qum imiş. Hazırda Bakı Baş Gömrük İdarəsində sözün həqiqi mənasında talançılıq hökm sürür. Belə ki, sahibkarlardan tələb olunan «haqq»ın miqdarı rəsmi rüsumlardan 2-3 dəfə çox olur. Əsasən də İrandan gətirilən mərmər daşına görə alınan «rüsum»un qiyməti bir neçə dəfə artırılıb. Qeyd edim ki, bu gün ölkəyə mərmər daşı daha çox İrandan gətirilir. Gətirilən daşın hər tonuna görə 280 manat rüsum alınır. Bundan əlavə, daha 700 manat, 500 manat və 100 manat pul tələb olunur. Sonuncu 100 manat isə alınan «yeni rüsum»dur və bunun Bakı Gömrük İdarəsində də nə üçün alındığı bilinmir. Həmin pulları isə Bakı Baş Gömrük İdarəsinin maliyyə idarəsinin rəhbəri İbrahim adlı şəxs alır». Media “dostluğu”ndan götürülən qazanc Bakı Gömrük İdarəsinin rəisi Vüsal Novruzovla bağlı “Gündəm xəbər”ə daxil olan digər bir məlumatda göstərilir ki, o korrupsiya əməllərinin ictimailəşməsinin qarşısını almaq üçün Vüsal Novruzov əsasən müxalifətçi jurnalislərlə iş birliyi qurub. Mənbə deyir ki, həmin jurnalistlərdən biri MTN-lə, bir neçəsi isə DİN-lə yaxın təmasada olan şəxslərdir. Demək məsələlər elədə nəzarətsiz deyil. Vüsal Novruzov bütün bu oyunda kiçik fiqur kimi deyilsədə, bəs görəsən o gizli əl kimdir? Adı gömrük işlərində hər zaman rüşvətdə hallanan Novruzov mətbuta ayrılan pullara da (korrupsiya ilə məşğul olan dairələrdə buna “otkat” deyirlər) şərik olub. Yəni, qeyri-rəsmi holdinq rəhbərinə 320 min manata imza atdırırdısa ,ordan da özü üçün “otkat” istəyib. Holdinq rəhbəri də fikirləşir ki, maliyyəşmə dayansa, o birbaşa Vüsal Novruzovun yuxarıdakı havadarı ilə görüşərək Vüsal Novruzovun “ əməliyyatından xəbər verməli olacaq. Yəni bir sözlə Bakı Gömrüyünün şefi Vüsal Novruzovun gözü heç cürə doymur. Redaksiyamızı bilgiləndirən mənbə onuda qeyid etdi ki, V.Novruzov yeni yaranmış dövlətçiliyimizə qarşı gizli şəkildə müharibə elan edən qara qüvvələrlə də əlbirdir. Mənbə bizə əminliklə bildirdi ki, hakimiyyətdaxilində planlaşdırılan kadr islahatlarından sonra V.Novruzov Dövlət Gömrük idarəsinin rəisi təyin ediləcək. Çünki son zamanlar Novruzov tərəfindən satın alınan qəzet və sayt rəhbərlərilə danışıqlar buna subutdur. Bu məsələ ilə bağlı çox ciddi məlumatlar araşdırılır və yaxın zamanlarda bütün təfsilatları dərc edəcəyik…
İcra başçısının bağına təklif edilən 2 milyon və Tiflis müəmması
Daxil olan məlumatlarda o da deyilir ki, Vüsal Novruzovun idxal-ixrac əməliyyatlarında bütün təşəbbüsləri ələ alması heç də dövlətə yardımçı olmaq deyil. Əksinə, onun daha çox pul qazanmaq həvəsindən irəli gəlir. Bəzi iddialara görə, Novruzov bəzi zərərli işlərə də qoşulub. Elə buna görədir ki, onu mütəmadi olaraq Gürcüstanda görürlər. Onun Tiflisdəki məşhur kazinolarda peyda olmasının isə heç də ucuza başa gəlmədiyi söylənilir. Onu da bildirək ki, verilən məlumatla bununla bitmir. Bakı Baş Gömrük İdarəsinin rəisi ilə bağlı “Gündəm xəbər”ə daxil olan bilgilərdə o da qeyd olunur ki, V.Novruzov bir müddət öncə Novxanıda özünə əzəmətli bağ evi tikdirib: «Vüsal Novruzovun Novxanıda iki bağ evi var. Həmin bağ evlərinin arasında isə 1990-cı illərin əvvəllərində Gəncə şəhərinin icra başçısı vəzifəsində çalışmış Rasim Daşdəmirovun bağı yerləşir. İdarə rəisi həmin bağ evini almaq üçün 2 milyon manat təklif etsə də, Rasim Daşdəmirov irəli sürülən təkliflə razılaşmayıb. Qeyd edim ki, həmin ərazidə, yəni Vüsal Novruzovla yanaşı, daha bir neçə vəzifəli şəxsin villaları, bağ evləri var».Nia.az olaraq  qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
savash.org-da dərc olunan yazını təqdim etdik.  nia.az

Hakimiyyet.az

Facebook şərh