Azərbaycanda 2 saat internet olmayacaq


İnternet təminatında fasilələr yarana bilər.

İstiPress-in məlumatına görə, bu barədə “Bakı Telefon Rabitəsi”ndən bildiriblər.

Verilən məlumata görə, xidmət keyfiyyətinin yüksəldilməsi və internet trafikinin artırılması məqsədilə “Bakinternet”in texniki platformasında təkmilləşdirmə işləri aparılacaq.

Profilaktik işlər zamanı noyabrın 15-dən 16-na keçən gecə, saat 04:00-dan 06:00-dək paytaxtın bəzi ərazilərində internet təminatında fasilələr yarana bilər.

HAKIMIYYET.AZ

Facebook şərh