Azərbaycanda bu rayonlarda “ASAN xidmət” mərkəzləri açılacaq


Ölkə başçısının tapşırığına əsasən, 2020-ci ilə qədər “ASAN xidmət” mərkəzlərinin sayının 20-yə çatdırılması nəzərdə tutulub.

Bunu Hakimiyyet.Az-a açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov bildirib.

Onun sözlərinə görə, 2018-ci il Şəki, Mingəçevir və İmişli,  2020-ci ilə qədər isə Ağcabədi, Cəlilabad, Tovuz, Şamaxı, Kürdəmir regional “ASAN xidmət” mərkəzlərinin açılışı nəzərdə tutulub. 

Anar Hüseynov Mingəçevir regional “ASAN xidmət” mərkəzinin açılışından sonra şəxsiyyət vəsiqələrinin istənilən “ASAN xidmət” mərkəzindən alınması ilə bağlı məhdudiyyətin aradan qaldırıla biləcəyini söyləyib.

Elvin Əhmədov

Digər marağlı xəbərlər Hakimiyyet.Az-ın Facebook səhifəsində

Facebook şərh