Azərbaycanlı tələbədən Ərdoğana hədiyyə


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan  Mərmərə Universitetində “Marmara Üniversitesi 135. Kuruluş Yıl Dönümü Programı”nda çıxış edərkən maraqlı sürprizlə qarşılaşıb.

Hakimiyyet.Az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, universitetin rektoru Emin Arat Türkiyə prezidentinə bahalı hədiyyə təqdim edib.

Daha doğrusu, o, universitetin  Azərbaycan əsilli doktorluq tələbəsi Tünzalə Məmmədzadənin  3 ildə düzəltdiyi 50 metrlik şəffaf ipək üzərinə qızıl və gümüş rəngli boya ilə nəxş edilmiş “Qurani-Kərim”i  Ərdoğana hədiyyə edib.

Kamil HƏMZƏOĞLU

Digər marağlı xəbərlər Hakimiyyet.Az-ın Facebook səhifəsində

Facebook şərh