"Alimpaşa Məmmədov Prezidentin xeyirxah təşəbbüsünə niyə qoşulmur?" – Şəmkir Şampan Zavodunun direktoru Hafiz İbrahimovdan şok ittiham

“Cənab Prezident ilkin mərhələdə vətəndaşlarımıza dəstək ücün Ehtiyat Fondundan bir milyard manat vəsait ayrılması haqqında göstəriş verdi. O, həmcinin bir illik əmək haqqını karonavirusla mübarizə fonduna kecirdi. Birinci vitse-prezident Mehriban xanım da bu təşəbbüsə qoşuldu. O da bir illik əmək haqqını Fonda bagışladı. Sözügedən təşəbbüsə bir cox iş adamları və icra strukturları qoşularaq karanovirusa qarşı 100 milyondan cox yardım etdilər. Amma görünən budur ki, Şəmkir kimi imkanlı rayonun icra hakimiyyəti bu yardımdan kənarda dayanıb”.
Ovqat.com xəbər verir ki, bu tənqidi fikri Şəmkir Şampan Şərabları ASC-nin direktoru Hafiz İbrahimov irəli sürüb.


Əl öpmək azdır, cənab Alimpaşa müəllim, əli cibə salmaq lazımdır

İş adamı bu gün öz facebook səhifəsində paylaşdığı statusunda bir şəmkirli kimi buna çox üzüldüyünü ifadə edərək yazıb: “…hesab edirik ki, İcra Hakimiyyətinin başcısı Alimpaşa Məmmədov yardım işlərində daha fəal olmalıydı”.
Hafiz İbrahimov statusunda Alimpaşa Məmmədova yardım edəcəyi vəsaitin mənbəyini də göstərib:
“Hansı mənbələr həsabına yardım edə biləcəyini də cənab başcı Alimpaşa Məmmədovun diqqətinə catdırmagı özümüzə borc bilirik:
Şəmkir cayının qarşısında iki milyon manata tikdirdiyi Qızıl Balıq Yetişdirmə Zavodundan;
Şəmkir bələdiyyələrinin adına götürdüyü 38 milyon kreditdən;
Rayon Sovetinin dördmərtəbəli binasının yerini satdığı bir milyon manatdan;
Uşaq xəstəxanasının beş hektara yaxın yerini satdığı 4.5 milyon manadan;



S. Vurgun kücəsində Prezidentin göstərişi ilə vətəndaşların mənzil şəraitinin yaxşılaşdırlması məqsədi ilə qəzalı olan ikimərtəbəli binanın sakinləri yeni mənzillərə köcürülündən sonra binanın yerini satdığı 230 min manatdan;
Yenə Cənab Prezidentin Sərəncamıyla vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq ücün üc qəzalı vəziyyətdə olan binanın sakinləri yeni təmir olunmuş mənzillərlə təmin olunmuşdu. Şəmkir icra başcısı və bandası 60 sota yaxın ərazini sotu 10 mindən satdığı vəsaitdən;
İcra Hakimiyyətinin həyətinin bir hissəsini yaxınlıqdakı restorana kabinetlər tikilməsi ücün satdığı vəsaitdən;
Morul arxının kənarını bütövlükdə qanunsuz olaraq-ayrı ayrı iş adamlarına obyekt yeri kimi satdığı vəsaitlərdən”.
 
0.071863889694214