Şəhid ailələrinə ünvanlı yardım çatdırıldı - FOTO

Koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimini nəzərə alaraq, Müdafiə nazirinin göstərişinə əsasən, hərbi qulluqçular ailələrə növbəti dəfə ünvanlı yardım çatdırıb.

Bu barədə Müdafiə Nazirliyindən verilən məlumatda qeyd olunub.

Məlumata əsasən, Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında qablaşdırılan zəruri ərzaq məhsulları şəhid ailələrinə, müharibə veteranlarına və əlillərə təqdim olunub.

Bildirilir ki, bu kateqoriyadan olan şəxslərin müəyyən edilərək, yardım olunması istiqamətində işlər davam etdirilir.

0.28658199310303