Bu şəxslər üçün cərimə məbləği iki dəfə azaldıla bilər

Əməyin mühafizəsi qaydalarının pozulmasına görə müəyyən olunmuş inzibati məsuliyyət yumşaldılır.

hakimiyyet.az-ın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 198-ci maddəsinə dəyişiklik təklif edilir.

Məcəllənin hazırkı variantına əsasən, əməyin mühafizəsinin pozulmasına görə min manatdan iki min manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Dəyişiklik layihəsində isə bu məbləğin azaldılması nəzərdə tutulur.

Bildirilir ki, müvafiq sahədə inzibati hüquqpozmaya görə 500 manatdan 1000 manatadək cərimə tətbiq edilməlidir.

Qanun layihəsi Milli Məclisin aprelin 17-də keçiriləcək iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

Aqşin Kərimov

0.27504301071167