Prezidentin köməkçisindən karantin rejiminin uzadılması ilə bağlı RƏSMİ AÇIQLAMA

“Azərbaycanda son günlər ərzində müşahidə olunan koronavirus infeksiyası üzrə müsbət test hallarının 20 faizi Rusiyadan gələnlər arasından olub”.

hakimiyyet.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, karantın rejiminin uzadılması ilə bağll zəruri tədbirlər görülür:

“Azərbaycan vətəndaşlarının Samur keçid məntəqəsində toplanması və aidiyyəti dövlət qurumlarının işinə mane olacaq arzuolunmaz hallar baş verib”.

“Xüsusi karantin rejimi nəticəsində xaricdən koronavirus xəstəliyinin idxal olunması halı azalıb və daxildə yoluxma hallarının aşkar edilməsi üçün resurslar artıb”, - deyə H.Hacıyev qeyd edib.

İlhamə Əbülfət

0.30376887321472