Komitə sədri: “Milli Məclisin iclas zalı ventilyasiya olunsun”

Milli Məclisin plenar iclaslarının karantin dövründə iki saat keçirilməsi təklif edilib.

hakimiyyet.az-ın məlumatına görə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentin iclasında belə təkliflə çıxış edib.

“Karantin dövründə parlamentin iclaslarında çıxışlar beş dəqiqə müddətində olmaqla, iclaslar iki saat müddətində keçirilsin”, - deyə o əlavə edib. 

Deputat bildirib ki, əgər iclasda məsələlərin müzakirəsi iki saatdan çox olarsa, fasilə edilsin və iclas zalı ventilyasiya olunsun.

Daha sonra təklif səsverməyə çıxarılaraq qəbul edilib.

Aqşin Kərimov

0.35520195960999