ASAN həmişə yanınızdadır - VİDEO

“ASAN xidmət” xüsusi karantin rejimində də vətəndaşların daim yanında olduğunu əks etdirən videoçarx nümayiş etdirib.

Belə ki, videoçarxda “ASAN xidmət”in müxtəlif sturuktur bölmələrinin əməkdaşlarının “9108” çağrı mərkəzi vasitəsi ilə evlərindən də vətəndaşların müraciətlərini cavablandırdıqları nümayiş olunub. 

Əməkdaşlar vətəndaşların suallarını cavablandırmaqla yanaşı, həm də onlara karantin rejimi qaydalarını xatırladırlar.

Qeyd edək ki, vətəndaşlar üçün rahatlığın və əlçatanlığın təmin edilməsi məqsədi ilə Dövlət Agentliyinin müxtəlif struktur bölmələrinin, o cümlədən “ASAN xidmət” mərkəzlərinin əməkdaşlarının bəziləri inzibati ofislərindən, digərləri isə evdən olmaqla çağrı mərkəzinin fəaliyyətinə cəlb olunub və onlar zəruri texnoloji avadanlıqlarla təhciz ediliblər.

0.36990880966187