Şamaxıda körpə nənənin ehtiyatsızlığı nəticəsində ölüb

Şamaxı rayonunda 1 yaşlı körpə nənəsinin ehtiyatsızlığının qurbanı olub.

“Report”un məlumatına görə, hadisə rayonun Çorhan kəndində qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Abbasov Ayxan Abbas oğlu yaşadığı ikimərtəbəli evin eyvanında nənəsinin qucağından yerə yıxılıb.

Ağır kəllə-beyin xəsarəti alan körpə əvvəlcə rayonun mərkəzi xəstəxanasına, sonra isə vəziyyətinin ağırlaşması səbəbindən Bakının xəstəxanalarının birinə göndərilib.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

0.31644511222839