Azərbaycanda Baş prokuror dəyişə bilər

 

 

“Azərbaycan Respublikasının Baş prokuroru vəzifəsinə təyin olunmasına razılıq verilməsi haqqında” məsələ Milli Məclisə daxil olub.

Bu barədə hakimiyyet.az-a parlamentdəki mənbə bildirib.

Prezident İlham Əliyevin təqdimatına əsasən, Baş prokuror vəzifəsinə Baş prokurorun müavini - Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevin namizədliyi irəli sürülüb.

Qeyd edək ki, Baş prokuror Zakir Qaralovun səlahiyyət müddəti aprelin 28-də bitib.

“Prokurorluq haqqında” qanuna əsasən, Azərbaycan Respublikasının Baş prokurorunun səlahiyyət müddəti beş ildir.

Məlumat üçün bildirək ki, Zakir Qaralov 2000-ci ilin 25 aprel tarixindən Baş prokuror vəzifəsində işləyir.

 

0.29421997070312