ABŞ Səfirliyi azərbaycanlıları Ramazan bayramı münasibəti ilə təbrik edib

 

 

ABŞ-ın Azərbaycandakı Səfirliyi bütün Azərbaycanlıları və dünyada Ramazan Bayramını qeyd edənlərləri müqəddəs Ramazan ayının bitməsi münasibəti ilə təbrik edib.

hakimiyyet.az xəbər verir ki, bu barədə səfirlik öz “Facebook” səhifəsindən açıqlama yayıb.

Bildirilib ki, müsəlman amerikalılar ABŞ dövləti təsis olunan ildən etibarən Amerika ailəsinin bir hissəsi olub:

“Biz dünya müsəlmanlarının Ramazan ayı boyunca qeyd etdiyi mərhəmət, ailə, dostluq və xeyriyyə ruhunu tanıyırıq. Biz həmçinin bütün insanlara və bütün dinlərə hörmət və tolerantlıq çağırışına qoşuluruq. Ramazan Bayramınız Mübarək!”

0.12965202331543