Gəncədə sanitar-gigiyenik normaları pozan kafe aşkarlanıb - FOTO/VİDEO

Gəncədə sanitar norma və tələblərə cavab verməyən, nəzərdə tutulan standartlardan uzaq fəaliyyət göstərən kafe aşkar edilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Gəncə Regional Bölməsinin keçiridiyi yoxlamalar zamanı gigiyenik qaydaların kobud şəkildə pozulması faktı aşkar olunub.

Şəhərin Şah İsmayıl Xətai prospektində yerləşən “Söyüdlük” kafesində aparılan yoxlama zamanı kafenin anti-sanitar şəkildə fəaliyyət göstərdiyi üzə çıxıb. Görüntülərdən də göründüyü kimi təmizlik qaydalarının ümumiyyətlə əməl edilmədiyi kafedə müştərilərə xidmət göstərilir.

Aparılan yoxlamalar göstərir ki, xüsusi karantin rejiminin mərhələli yumşaldılma planına uyğun olaraq fəaiyyəti bərpa olunan bir sıra kafe və restoran sahibləri işlərini tələb olunan sanitar normalara cavab verməyən şəkildə təşkil edib. Hətta işçi heyəti belə şəxsi gigiyena qaydalarına riayət etmir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri qaydaları pozaraq fəaliyyətini davam etdirən obyekt sahiblərinə xəbərdarlıq edib ki, sanitar normalara əməl edilməsi, gigiyenik tələblərin qorunması vacibdir.

Bu cür reydlər mütəmadi olaraq davam etdiriləcək.

0.17784881591797