Siçanlar kosmik gəmi ilə Ay ətrafında səyahətə göndəriləcək

Rusiyalı alimlər yeni kosmik gəmi olan “Oryol”un 2028-ci ildə Ay ətrafında pilotsuz uçuşu zamanı “sərnişin” kimi siçanlardan istifadə edə bilərlər.

Bu barədə “RİA Novosti”yə Rusiya Elmlər Akademiyasının Tibbi-Bioloji Problemlər İnstitutunun Elmi işlər üzrə direktor müavini Vladimir Sıçov danışıb.

“Oryol” pilotsuz gəmisində Ay ətrafında uçuşa heyvanların göndərilməsi planları var, ancaq bu, yalnız bizdən asılı deyil. Heyvanların saxlanılması üçün zəruri avadanlıqların yaradılmasına görə Rusiya Federasiyasının Federal Kosmik Proqramı çərçivəsində maliyyə ayrılmalıdır”, - deyə, alim bildirib.

“Çox güman ki, gəmidəki heyvanlar siçanlar olacaq. Çünki artıq öyrəndiyimiz heyvanları göndərmək lazımdır. Siçovullara sahib olmaq arzuolandır, ancaq onlar kifayət qədər böyükdür və tədqiqat üçün saylarının zəruri qədər olmasına daha geniş yer lazımdır”, - deyə, V.Sıçov fikrini tamamlayıb.

0.11909604072571