Leysan və dolu təsərrüfata ziyan vurub - VİDEO

İyunun 5-i axşam saatlarından etibarən ölkənin bir sıra bölgələrinə leysan xarakterli yağış və dolu yağıb.

Güclü yağış və ardından yağan dolu təsərrüfata ciddi ziyan vurub. Təbiət hadisəsi Oğuz, Qəbələ, Tovuz, Gədəbəy və eləcə də, Şamaxı rayonlarında müşahidə olunub. Şamaxıya yağan güclü yağış daha sonra dolu ilə əvəzlənib. Bir neçə santimetr diametrində olan dolu yağışı təsərrüfata ziyan vurub.

0.52192711830139