İsmayıllıda karantin qaydalarını pozan icarədar və müştərilər cərimələndi

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən respublikada elan edilmiş karantin rejimi qaydalarına rayon ərazisində riayət edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları şəhər ərazisində xidmət aparan zaman karantin qaydalarının pozulduğu oyun zalı aşkar ediblər.

İçərilərində azyaşlılar da olmaqla, 20-yə yaxın şəxsin “PlayStation” zalında tibbi maskadan istifadə etmədən, eləcə də, ara məsafəsini gözləmədən əyləşdikləri müəyyən olunub. Obyekti işlədən şəxsə və müştərilərə öz sağlamlıqlarını qorumaları üçün qaydalara riayət etmələrinin vacibliyi diqqətə çatdırılıb.

İcarədar və on beş müştəri barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

0.17159104347229