Səhiyyə Nazirliyindən Binəqədidəki yanğınla bağlı AÇIQLAMA

Binəqədi rayonunda baş verən yanğın hadisəsi ilə əlaqədar Təcili Tibbi Yardım stansiyasına çağırış 20:18-də daxil olub.

Səhiyyə Nazirliyindən hakimiyyet.az-a verilən məlumata görə, hadisə yerinə 3 təcili tibbi yardım briqadası cəlb olunub.

Hadisə nəticəsində dörd nəfər FHN əməkdaşı müraciət edib ki, onlardan biri başın travması ilə 3 saylı şəhər xəstəxanasına, üç nəfər isə Toksikologiya mərkəzinə aparılıb.

0.29365491867065