Rusiya sərhədində qalan beş uşaq və bir hamilə qadın bu gün Azərbaycana qayıdıb

 

Dağıstanda yerləşən Azərbaycan vətəndaşları üçün müvəqqəti çadır düşərgəsindən beş uşaq və bir hamilə qadın bu gün vətənə qayıdıb.

Yerli mətbuat yazır ki, bu barədə Dağıstan Respublikasının uşaq hüquqları üzrə müvəkkili Marina Yejova “Instagram” səhifəsində məlumat verib.

Xatırladaq ki, koronavirus pandemiyasından sonra ölkəmizə qayıtmaq istəyən bir qrup azərbaycanlı Dağıstanın Dərbənd rayonunun Qullar kəndində yerləşən müvəqqəti çadır düşərgəsində qalır.

0.2913510799408