Bakıda avtomobil piyadanı vurub

Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Nizami küçəsində qeydə alınıb.

1975-ci il təvəllüdlü Ənnağıyev Vüqar Aslan oğlunu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Təfərrüatlar araşdırılır.

0.29825782775879