Neftçilər Xəstəxanasının direktoru: “Elnur Abdullanın müalicəsi dövlətin nəzarətindədir”

“COVID-19 infeksiyasına yoluxan reanimatoloq Elnur Abdullanın müalicəsi ilə bağlı məsələlər dövlətin nəzarətindədir”.

Bunu APA-ya açıqlamasında Mərkəzi Neftçilər Xəstəxanasının direktoru Musa Abbasov bildirib.

Musa Abbasovun sözlərinə görə, xüsusi rejimli xəstəxanalarda pandemiya ilə mübarizə aparan bütün həkimlərin səhhəti Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığına əsasən daim diqqət mərkəzində saxlanılır, eləcə də, virusa yoluxmuş tibb işçilərinin müalicəsi ilə bağlı bütün lazımi tədbirlər həyata keçirilməlidir.

Qeyd edək ki, COVID-19 infeksiyası ilə mübarizə aparan Mərkəzi Neftçilər Xəstəxanasının reanimatoloqu Elnur Abdulla özü də virusa yoluxduğundan bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.

0.27682709693909