Azərbaycanın “İnterpol” xətti ilə axtarışa verdiyi qadın Belarusda saxlanıldı

Azərbaycanın beynəlxalq axtarışa verdiyi 51 yaşlı qadın tutulub.

Report”un xəbərinə görə, “İnterpol” xətti ilə axtarışda olan 1968-ci il təvəllüdlü Viktoriya İsgəndərova Belarusda saxlanılıb.

O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunur.

V.İsgəndərovanın Azərbaycana ekstradisiyası olunması üçün tədbirlər davam etdirilir.

0.50288677215576