Qazaxda eyni ev il ərzində ikinci dəfə qarət olundu - FOTO/VİDEO

Qazax rayonunda mənzildən oğurluq edilib.

hakimiyyet.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Qazax şəhəri, Mehdi Hüseyn küçəsi 12 ünvanında, Nigar İsmiyevaya məxsus mənzildə baş verib.

Ev sahibəsinin sözlərinə görə, mənzildən 6 ay ərzində ikinci dəfə oğurluq edilib. O bildirir ki, evdən məişət və elektron avadanlıqlar, xalça, eləcə də, 300 manat dəyərində baba yadigarı olan antik samovar da oğurlanıb.

N.İsmiyeva həmçinin, evin zirzəmisində qış üçün hazırladığı azuqənin də oğurlandığını bildirib.

Qazax Rayon Polis Şöbəsinin müstəntiqi Ülvi Bayramov açıqlamasında bildirib ki, sözügedən ünvandan oğurluq edən şəxs saxlanılıb. Onun başqa hadisələrdə də şübəli olduğu qeyd edilib.

Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Nazir Quliyev

0.40143203735352