Azərbaycanlı aktyordan arvadından üzr istəməsi ilə bağlı etiraf: “Açıqlamanı təzyiq altında etmişəm”

“Jülide Ateşle 40” verilişində qonaq olan Azərbaycan əsilli məşhur türkiyəli aktyor Tamer Karadağlı səmimi açıqlamalar verib.

“HaberGlobal” ekranında yayımlanan verilişdə T.Karadağlı illər öncə arvadı Arzu Balkana xəyanət etdikdən sonra üzr istədiyi üçün peşman olduğunu bildirib.

O, “Açıqlamanı təzyiq altında etmişəm. Heç kimə hesabat verməli deyiləm” deyib.

“Evlilik sizi niyə bu qədər qorxutdu?” sualına aktyor “İki ayrı insanın eyni evdə birlikdə yaşaması məni qorxudur” deyə cavab verib.

0.17681694030762