Şahzadə Harrinin həyat yoldaşının ad günündə aldığı hədiyyələr məlum oldu

Mətbuata Britaniya şahzadəsi Harrinin 39 yaşlı həyat yoldaşı Meqan Marklı necə təbrik etməsi barədə məlumatlar sızıb.

Bu barədə “Us Weekly” agentliyi xəbər verir.

M. Marklın doğum günü avqustun dördündə qeyd olunub.

Mənbə yazır ki, cütlük ad gününü Los-Ancelesdəki evlərində sakit mühitdə bir yaşlı övladları Arçi Harrisonla birgə qeyd ediblər.  

Böyük Britaniya şahzadəsi həyat yoldaşına şokoladlı tort, boyunbağı və şəxsən özünün hazırladığı şəkil üçün çərçivə hədiyyə edib.

Xatırladaq ki, yanvarın əvvəlində Şahzadə Harri və Meqan Markl kral ailəsinin böyük üzvləri statusundan və puldan imtina edərək Böyük Britaniyadan Kanadaya köçüblər.

0.19603991508484