Viktoriya Bekhem: Devid ən gözəl ər və atadır - FOTO

45 yaşlı Viktoriya və 44 yaşlı Devid Bekhemlər artıq 20 ilədn artıqdır ki ailə həyatı yaşayırlar. Onlar dünyada ən populyar cütlük olaraq qalmaqdadırlar. Sevgililərin 5 uşağı var: 4 oğlan və bir qız.

Bu yaxınlarda müsahibə verən Viktoriya bildirib ki, Devid ən gözəl ər və atadır. Modelyer intim həyatlarından da razıdır.

“Bizim seksual həyatımız haqqında narahat olmayın. Devid çox cazibədardır, gözəl ər və uşaqlar üçün fantastik atadır. O yorulmadan işləyir. Biz onunla yaxın ruhlu insanlarıq və onu tapdığıma çox xoşbəxtəm”, - deyə Viktoriya qeyd edib.

Ər arvad həqiqətən bir yerdə çox vaxt keçirirlər. Bütün ailə ilə onlar planetin müxtəlif yerlərində istirahət edirlər. Yayın sonunda onları İtaliyada dostları Elton Conun yaxtasında görüblər.

0.080626964569092