Teref.az yazır ki, mağazalarda yalançı reklam çağırışlarının çox şahidi olmuşuq və bunun qanunsuz olduğunu dəfələrlə yazmışıq. Lakin mağaza sahibləri öz bildiklərindən qalmırlar. Hətta eklama uyğun olaraq malın üstündəki qiymətləri dəyişmələrinə bxmayaraq, müştərini aldadırlar. Buna misal kimi sosial şəbəkə istifadəçisi Nərgiz Rzayevanın şikayətini göstərmək olar. Nərgiz Rzayeva Zara mağazasında başına gələnləri belə nəql edir:
Salam, şikayətim Zara mağazasındandır. Dünən bu ayaqqabını almışam,59 manat olduğunu fikirləşib aldım.(89 manatlıq bir şey deyil)Kartla ödəniş etdim deyə elə bildim 59 manat çıxıblar.
Teref.az xəbər verir ki, sosial şəbəkə istifadəçisi Nərgiz Rzayeva şikayətində bunları yazır. Nərgiz Rzayeva daha sonra yazır:
Sonra evə gəlib qəbzə baxanda gördüm 89 manat. Nə isə) bugün getmişəm Zaraya qaytarmağa(əslində qaytarmaq yox,pulun artığını almağa) kassada qız dedi ki,89 du.
Qaytardım. 1saatdan sonra yenə getməli oldum mağazaya, yenə satıcılardan soruşdum neçəyədir, dedilər 59. Kassaya apardım,onlarda 59 dedilər, day bilmədim kim düz deyir. 36 razmerini yeni qaytardığımı dedim,gətirsinlər alıram, dezinfeksiyaya gedib, gözüm qaldı....
Teref.az olaraq Zara mağazasının mövqeyini öyrənməyə hazırıq!
Teref.az