Bakıda 23 yaşlı fəhləni elektrik cərəyanı vurub

Səbail rayonunda elektrik cərəyanı vurması nəticəsində bir nəfər xəsarət alıb.

Hadisə 302 saylı məktəbin yaxınlığında yerləşən yarımtikilidə baş verib. Belə ki, tikilidə fəhlə işləyən 1996-cı il təvəllüdlü Abbasov Razi Elşən oğlunu elektrik cərəyanı vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Kamil Əmirli

Elşad Mətləboğlu

0.37498903274536