Bakıda narkotik vasitələrin satışı ilə məşğul olan şəxs ələ keçdi - FOTO/VİDEO

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsə qarşı əməliyyat tədbiri həyata keçirib.

Bununla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bölmə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Binəqədi rayonu 6-cı mikrorayon ərazisində keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Astara rayon sakini Fərqan Əlili saxlanılıb. Şəxsi axtarış zamanı onun əl çantasından ümumi çəkisi 1 kiloqram olan heroin aşkar edilərək götürülüb.

Araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxs hələlik adı istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda heroini qəbul edib və satışını təşkil etmək istəyib.

Fərqan Əlili barəsində 7-ci Polis Bölməsində toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

0.14402914047241