Rusiyada toy edənlər səhvən azərbaycanlıların kabinetinə girdilər: Dava düşdü

Rusiyanın Moskva şəhərində kafelərindən birində toy atışma və kütləvi dava ilə sona çatıb.

5-tv.ru xəbər verir ki, hadisə sentyabrın 20-də, axşam saatlarında baş verib.

Məlum olub ki, toya gələn Tacikistan sakinlərindən ibarət sərxoş qrup səhvən Azərbaycan vətəndaşlarının istirahət etdiyi qonşu kafeyə giriblər.

Kişilər arasında dava düşüb, onlar münaqişəni həll eləmək üçün küçəyə çıxıblar.

Bu zaman tacikistanlıların toyda iştirak edən tanışları onlara köməyə gəliblər.

Onlardan biri havaya travmatik silahla bir neçə dəfə atəş açıb. Zərər çəkən olmayıb.

Hadisə nəticəsində hər iki tərəfdən ümumilkdə 20-52 yaş arası səkkiz nəfər nəzarətə götürülüb. Onlar bir-birinə qarşı ifadə verməkdən imtina ediblər.

Faktla bağlı araşdırma davam edir.

0.24286484718323