Olimpiya mükafatçımız finalda

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində Azərbaycanın Olimpiya mükafatçısı Rüstəm Orucov (-73 kq) finala çıxıb.

O, müvafiq olaraq Anxzaya Lavcarqala (Monqolustan), Mrak Xristova (Bolqarıstan), Musa Moquşkova (Rusiya) qalib gələrək yarımfinalda Tomi Masiasdan (İsveç) üstün olub. Nəticədə Avropa çempionumuz finalda Nils Ştumpla (İsveçrə) qarşılaşmaq hüququ əldə edib.

Həmin çəkidə digər idmançımız Telman Vəliyev, 81 kq-da yarışan Murad Fətiyev və Hidayət Heydərov ilk görüşlərində uduzaraq mükafatsız qalıb.

Qeyd edək ki, Olimpiya lisenziya xalı qazandıran turnirdə dünən Orxan Səfərov (-66 kq) bürünc medal qazanıb. Yarışa sabah yekun vurulacaq.

Səbuhi Musayev

0.14763379096985