Hikmət Hacıyevdən günün fotosu: Ermənistanın hərbi cinayətlərinin təsdiqi - FOTO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter” səhifəsində günün fotosunu paylaşıb.  

Paylaşımda Ermənistanın atdığı raketin zərərsizləşdirilməsi əks olunub:

“Günün fotosu. Ermənistan tərəfindən atılan raketin zərərsizləşdirilməsi. Kəndin yaxınlığında yerə düşüb. Hədəf kənd və günahsız mülki şəxslər idi. Ehtimal olunur ki, gözlənilən trayektoriyadan kənara çıxdı. Ermənistanın hərbi cinayətləri”.

 

0.21586108207703