Salyanda avtomobil azyaşlı qızı vurdu

Salyanda yol qəzasında azyaşlı qız xəsarət alıb.

hakimiyyet.az-ın bölgə müxbirinin məlumatına görə, hadisə Mərkəzi Univermağın qarşısında baş verib. Salyan şəhər, Yusif Qasımov küçəsi, ev 4, mənzil 20-də yaşayan 2011-ci il təvəllüdlü Qədirova Xədicə Məhəbbət qızı yaxınlarının nəzarətindən yayınaraq yolu keçmək istəyib. Elə bu zaman hərəkətdə olan minik avtomobili onu vurub.

Nəticədə müxtəlif xəsarətlər alan azyaşlı qız Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

0.2877049446106