Gəncədə qadın sirkə turşusundan zəhərləndi

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın məlumatına görə, hadisə Gülüstan qəsəbəsində yaşayış evlərinin birində qeydə alınıb. 

1941-ci il təvəllüdlü Bəylərova Pəri Əliş qızı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstənin vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, yaşlı qadının sirkə turşusu içməsinə səbəb cavan oğlunun rəhmətə getməsi olub.

Faktla bağlı araşdırma aparılır.

0.21527504920959