Avropanın top futbol klubları “Hoffenhaym”ın 18 yaşlı müdafiəçisi Melayro Boqardunu heyətinə qatmaq üçün mübarizə aparır.
Bu barədə sport.es məlumat yayıb.
Mənbə qeyd edir ki, hazırda dünyanın üç nəhəng klubu – “Barselona”, “Mançester Siti” və “Milan” futbolçu ilə yaxından maraqlanır, çıxış etdiyi klubun rəhbərliyi ilə danışıqlar aparır.
Niderlandlı gənc istedad müdafiənin mərkəzində və müdafiə xəttinin sağ cinahında oynamaq potensialına malikdir.