Bakıda iki avtobus toqquşdu: Yaralılar var

Bakıda iki sərnişin avtobusu toqquşub.

Səhiyyə Nazirliyindən hakimiyyet.az-a bildirilib ki, hadisə Yeni Ramana yolunda, Pedaqoji Kollecin yaxınlığında baş verib:

“Hadisə yerinə bir neçə təcili yardım briqadası yollanıb. Altı qadın Təcili Tibbi Yardım avtomobili, bir qadın isə şəxsi avtomobillə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar”.

Nazirlikdən qeyd edilib ki, onların vəziyyətləri orta ağır kimi qiymətləndirilir.

İlhamə Əbülfət

0.34092807769775