Oktay Gülalıyev Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürüldü

Səhiyyə Nazirliyi avtomobillə vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti ilə bağlı yeni məlumat yayıb.

Nazirlikdən hakimiyyet.az-a bildirilib ki, saat 12:00 radələrində Oqtay Gülalıyevin ailə üzvləri xəstənin Respublika Neyrocərrahiyyə Xəstəxanasına keçirilməsini xahiş ediblər:

“City Hospital”da cərrahiyyə əməliyyatını icra edənlər Respublika Neyrocərrahiyyə Xəstəxanasının həkimləri olduğundan ailə üzvləri Gülalıyevin həmin həkimlərin nəzarəti altında olmasını istəyiblər.

Bu səbəbdən də saat 14.35-də Oqtay Gülalıyev “City Hospital”dan Respublika Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsinə köçürülüb”.

“Hazırda xəstənin vəziyyəti ağır stabil olaraq qalır”, - deyə məlumatda qeyd edilib.

İlhamə Əbülfət

0.4433228969574