Goranboyda yüksək sürət can aldı: bir ölü, bir yaralı

Goranboy rayonunda ağır yol qəzası qeydə alınıb. 

hakimiyyet.az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Goranboy-Naftalan avtomobil yolunun Goranboy rayonundan keçən hissəsində qeydə alınıb. 

İlkin məlumata görə, qəza zaman “KamAZ” markalı yük maşını ilə “VAZ-21011” markalı avtomobil toqquşub. 

Nəticədə minik maşınında olan 1965-ci il təvəllüdlü Məmmədov Arzu Vəli oğlu ölüb.

Avtomobildəki digər sərnişin, 1983-cü il təvəllüdlü Abbasov Arzu Qabil oğlu isə ağır yaralanıb.  

Qəzaya səbəb kimi minik maşınının yüksək sürətlə idarə edilməsi və yağmurlu hava şəraiti göstərilir. 

Faktla bağlı araşdırma başlanılıb. 

0.4849910736084