Bərdədə üç avtomobilin toqquşması nəticəsində 5 nəfər xəsarət alıb - FOTO

Bərdə rayonunda 3 avtomobilin toqquşması nəticəsində bir neçə nəfər xəsarət alıb.

hakimiyyet.az-ın Qarabağ üzrə bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Bakı küçəsində qeydə alınıb. Qəza zamanı üç minik avtomobili toqquşub. Nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəsarət alanların şəxsiyyətləri hələ ki məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

0.32872915267944