Şamaxıda avtomobil aşdı, sürücü öldü

Muğanlı-İsmayıllı avtomobil yolunda avtomobil qəzası qeydə alınıb.

hakimiyyet.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, “VAZ-2107” markalı avtomobilin sürücüsü Şamaxı şəhər sakini 1989-cu il təvəllüdlü Kərimov Eldəniz Hidayət oğlu idaretməni itirib. Nəticədə avtomobil aşıb.

Sürücü təcili olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına gətirilib. Yaralı bir neçə saat sonra xəstəxanada dünyasını dəyişib. Sürücünün avtomobildə tək olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Rəşad Aydın

0.38611316680908