Kürdəmirdə maşın aşdı, 3 nəfər xəstəxanalıq oldu - FOTO

Kürdəmirdə avtomobil qəzası olub.

hakimiyyet.az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. Sürücü 1984-cü il təvəllüdlü Mehdiyev Zahir Zakir oğlu “VAZ-2106” markalı avtomaşınla kənd istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobil yolun kənarına aşıb.

Nəticədə avtomobildə olan sərnişinlər 1993-cü il təvəllüdlü Mehdiyeva Suranə Oruc qızı, 1965-ci il təvəllüdlü Mehdiyeva Surayə Şıxəli qızı və 2015-ci il təvəllüdlü Mehdiyev Samir Zahir oğlu müxtəlif bədən xəsarəti alaraq Kürdəmir RMX-na çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

0.30845713615417