Bakı metrosunda problem: qatarlar gecikdi

Bakı metrosunda qatarda problem yaranıb. 

hakimiyyet.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. 

Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarınsa “Həzi Aslanov”-“İçərişəhər” istiqamətində hərəkət edən qatarda baş verib:

“Köhnə qatarlardan birinin qapısında texniki problem yaranıb. Maşinist yaranmış problemi aradan qaldırıb. Ümumi olaraq qatarlar arasında intervalda 5 dəqiqə yubanma olub”.

Könül Cəfərli

0.35213685035706