Bakıda güclü külək ağacları maşınların üstünə aşırdı - FOTO

Ötən gün paytaxt ərazisində əsən güclü külək nəticəsində çox sayda ağac aşıb.

Bu barədə hakimiyyet.az-a Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi Şöbəsinin rəisi Orxan Məmmədov məlumat verib.

Şöbə rəisi bildirib ki, ağaclardan 15-i kökündən qopub:

“Digərlərinin isə budaqları qırılıb. Ağac aşma hadisələri Nəsimi, Yasamal, Səbail, Nərimanov, Nizami və Binəqədi rayonlarında baş verib”.

Orxan Məmmədov əlavə edib ki, dörd maşının üstünə ağac aşıb:

“Bizdə olan məlumata görə, xəsarət alan olmayıb. Yalnız dörd maşının üstünə ağac düşüb”.

Sevinc Yasinqızı

0.38885903358459