Bakının Xətai və Sabunçu rayonlarında baş verən yol-nəqliyyat hadisələrində iki nəfər yaralanıb.
hakimiyyet.az xəbər verir ki, hadisələrdən ilki Əhmədli qəsəbəsində qeydə alınıb.
“Bizim market”in yaxınlığında minik avtomobili yolu keçmək istəyən 1985-ci il təvəllüdlü Əhmədov Sənan Sumbat oğlunu vurub.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Ona sağ baldırın sınığı diaqnozu qoyulub. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Analoji hadisə Sabunçu rayonunda baş verib. Maştağa qəsəbəsində minik avtomobili 1954-cü il təvəllüdlü Babayev Rafael Qurbanəli oğlunu vuraraq ağır xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib. Ona açıq kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır qiymətləndirilir.
Hər iki faktla bağlı araşdırma aparılır.
Kamil Əmirli
Elşad Mətləboğlu