Bakıxanovda naməlum sürücü piyadanı vurub qaçdı

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.  

hakimiyyet.az xəbər verir ki, qəza Bakıxanov qəsbəsində baş verib.  

Minik avtomobili 1974-cü il təvəllüdlü Əliyev Nazim Ərdəfil oğlunu vurub.  

Sürücü hadisə yerindən yayınıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Ona sol baldır sümüyünün sınığı diaqnozu qoyulub.  

Faktla bağlı araşdırma aparılır.  

Kamil Əmirli, Elşad Mətləboğlu 

0.3083918094635