Xırdalan bazarında kişi boğazı kəsilərək qətlə yetirildi

Xırdalan şəhərinin Qalubiyyə küçəsində qətl hadisəsi baş verib.

"Qafqazinfo"nun məlumatına görə, hadisə Xırdalan bazarı ərazisində baş verib. Öldürülən şəxsin üzərindən heç bir sənəd çıxmasa da, tanıyanlar onun Sərdar adlı şəxs olduğunu bildiriblər. Həmin şəxsin bazarda satıcı işlədiyi məlum olub.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Məlumata görə, ölən şəxs boğazı kəsilərək qətlə yetirilib. 

Faktla bağlı araşdırma aparılır.

0.31120610237122