Novxanıda yol polisi rüşvət alıb? - DİN-dən rəsmi AÇIQLAMA

Sosial şəbəkələrdə Dövlət Yol Polisi əməkdaşının rüşvət alması barədə görüntülər yayılıb.

Videogörüntüdə sürücüyə adının Nazim olduğunu deyən yol polisi onu saxlayır. Daha sonra isə gülərək, mehribancasına sağollaşıb yola salır. İddia edilir ki, yol polisi sürücüdən rüşvət alıb.

Videonun Novxanı ərazisində lentə alındığı qeyd edilir.

Məsələ ilə bağlı hakimiyyet.az-ın sorğusunu cavablandıran Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, yayılan videogörüntülər əsasında araşdırma aparılır:

“Həmin görüntülərlə bağlı müvafiq araşdırmalara başlanılıb. Araşdırmanın nəticələrindən asılı olaraq ictimaiyyətə məlumat veriləcək”.

Könül Cəfərli

0.26188993453979